İranda səhiyyə naziri dəyişdirilib

İranda səhiyyə naziri dəyişdirilib
# 27 dekabr 2012 14:01 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejad səhiyyə naziri Mərziyə Vəhid Dəstcerdini tutduğu vəzifədən azad edib.

APA-nın “Mehr” xəbər agentiyinə istinadən məlumatına görə, M.Əhmədinejadın fərmanı ilə ölkənin yeni səhiyyə naziri Məhəmmədhəsən Təriqəti Mumfərid təyin edilib.

Fərmanda yazılıb ki, prezident M.T.Mumfəridin bu vəzifənin öhdəsindən gələ biləcəyinə inanır. İşdən çıxarılan xanım nazir prezidentə təşəkkür etmədən vəzifəni tərk edib.

Qeyd edək ki, M.V.Dəstcerdi İranda İslam inqilabından sonra ilk qadın nazir idi. Bir neçə gün öncə ölkənin birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi verdiyi açıqlamada bildirib ki, M.V.Dəstcerdi vəzifəsinin öhdəsindən layiqincə gəlir və M.Əhmədinejad hakimiyyətdə olduğu müddətdə səhiyyə naziri vəzifəsində qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR