Azərbaycan hökuməti ilə BMT Sivilizasiyalar Alyansı arasında Saziş imzalanıb

Azərbaycan hökuməti ilə BMT Sivilizasiyalar Alyansı arasında Saziş imzalanıb
# 26 oktyabr 2015 07:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserlə görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə “Azərbaycan hökuməti ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakıda keçirilməsinə dair Saziş” imzalanıb.

Görüş zamanı beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq məsələlərinə toxunulub. Qeyd olunub ki, prezidenti İlham Əliyevin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə müxtəlif dövlət qurumlarının rəhbər şəxslərindən ibarət Təşkilat Komitəsinin yaradılması bu qlobal tədbirin ölkə rəhbərliyi səviyyəsində xüsusi diqqətdə saxlanılmasının göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR