İtaliya prezidenti parlamenti buraxıb

İtaliya prezidenti parlamenti buraxıb
# 22 dekabr 2012 18:37 (UTC +04:00)

APA-nın İTAT-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Corcio Napolitano jurnalistlərlə görüşdə deyib ki, bu qərar əsas siyasi partiya liderləri ilə hökumət böhranı ilə bağlı məsləhətləşmələrdən sonra qəbul olunub.

Qeyd edək ki, prezident cümə günü baş nazir Mario Montinin istefasını qəbul edib.

Gözlənilir ki, yeni parlament seçkiləri 2013-cü ilin fevralın 24-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR