AMEA prezidenti: “Əyani şöbədən qiyabiyə axın doktorantların təqaüdlərinin az olması ilə bağlıdır”

AMEA prezidenti: “Əyani şöbədən qiyabiyə axın doktorantların təqaüdlərinin az olması ilə bağlıdır”
# 23 noyabr 2012 13:15 (UTC +04:00)

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, hazırda fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil alanların təqaüdü cəmi 110 manatdır: “Buna görə də bəzi doktorantlar özlərinə iş taparaq oxumağa və qiyabi şöbəyə keçməyə daha çox üstünlük verirlər. Biz çalışırıq onlardan bəzilərini yarımştat da olsa, işdə saxlayaq”.

M. Kərimov deyib ki, elmlər doktoru pilləsi üzrə doktoranturada təhsil alanlara təqaüdün verilməsi məsələsi də hələ öz həlini tapmayıb. Hazırda bu məsələ Azərbaycan Nazirlər Kabinetində (NK) baxılma və bəzi nazirliklərlə razılaşdırma mərhələsindədir: “Elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alan insanlar artıq müəyyən elm ocaqlarında işləyən və maaş alan insanlardır. Yəni onların müəyyən hissəsi əmək haqqı alır. Amma elə hallar olur ki, bu proqram üzrə təhsil alan insanların konkret iş yerləri olmur, bu halda təqaüdün olması vacibdir”.

Qeyd edək ki, elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alan şəxslər bu ilin yanvarın 1-dən təqaüd almırlar. AMEA Rəyasət Heyəti bu ilin martında onların təqaüdlərinin məbləğinin 300 manat müəyyən edilmıəsi təklifi ilə Tarif Şurasına müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR