Ramin Mehmanpərəst: “ABŞ Senatının yeni sanksiya qərarı bir daha göstərdi ki, Ağ Evə güvənmək olmaz”

Ramin Mehmanpərəst: “ABŞ Senatının yeni sanksiya qərarı bir daha göstərdi ki, Ağ Evə güvənmək olmaz”
# 04 dekabr 2012 14:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “ABŞ Senatının İrana qarşı yeni sanksiyaya dair qanun layihəsini təsdiq etməsi bir daha göstərdi ki, Ağ Evə güvənmək olmaz”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib.

O bildirib ki, ABŞ bir yandan İranla müzakirələrə müsbət baxdığını deyir, digər tərəfdən isə Tehrana qarşı keçmişdən qalma düşməncəsinə siyasətinə davam edir: “ Belə görünür ki, Ağ Ev İrana qarşı siyasətində heç bir dəyişiklik etməyib. Senatın sanksiyalara dair qanun layihəsini təsdiqləməsi ABŞ-da bəzi qüvvələrin qərarıdır. Bu onu göstərir ki, ABŞ hökuməti ilə digər qüvvələr arasında ciddi ixtilaf var. İran 30 ildir ki, hər cür sanksiyalara qarşı mübarizə aparır. Dövlətimizə qarşı basqı siyasəti indiyədək heç bir müsbət nəticə verməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR