Azərbaycanın 2013-cü il üçün icmal büdcəsi 24,1 mlrd. manat səviyyəsində təsdiq olunub

Azərbaycanın 2013-cü il üçün icmal büdcəsi 24,1 mlrd. manat səviyyəsində təsdiq olunub
# 30 noyabr 2012 10:15 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, iclasda aparılan müzakirələrdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, parlamentdəki müzakirələrdən və millət vəkillərinin irad və təkliflərindən sonra DSMF-nin büdcəsində pensiya və müavinətlərin əhaliyə çatdırılması üçün 20 mln. manat həcmində nəzərdə tutulmuş xərclər 300 min manat azaldılıb və bu məbləğ sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin, sığorta olunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkili maddəsinə əlavə edilməsi qərara alınıb. Nəticədə, həmin maddə üzrə xərclər 17,450 mln. manatdan 17,750 mln. manata qaldırılıb, pensiya və müavinətlərin əhaliyə çatdırılması xərcləri isə 19,7 mln. manata endirilib.


Bəzi yaşayış məntəqələrində bankomat çatışmazlığı ilə bağlı deputatların ötən iclasda qaldırdığı suallara cavab verən S.Müslümov bildirib ki, bu təkliflərlə bağlı hər iki müvəkkil bankın («Kapital Bank» və Beynəlxalq Bank) rəhbərliyi ilə görüş keçirilib: «Artıq millət vəkili Arif Rəhimzadənin qaldırdığı məsələyə uyğun olaraq həmin kəndə bankomat qoyuldu, hazırda onun işlək vəziyyətə gətirilməsi prosesi gedir».


Eyni zamanda, «Kapital Bank»ın rəhbərliyi pensiya və müavinətlərin verilməsini asanlaşdırmaq üçün 30 yeni bankomatın yeni ilin əvvəlində Azərbaycana gətiriləcəyini və bütün digər ərazilərdə quraşdırılacağını elan edib.


Fond sədri qeyd edib ki, millət vəkili Azay Quliyevin qaldırdığı məsələyə uyğun olaraq Beynəlxalq Bank Şirvan şəhərinin 2 qəsəbəsində əlavə bankomatın qoyulması məsələsini də həll edib, baxmayaraq ki, bu iki qəsəbədə cəmi 591 pensiyaçı yaşayır. Həmçinin, yaxın günlərdə sifariş verilmiş 2 səyyar bankomat Azərbaycana gətiriləcək, daha bir stasionar bankomat isə Tovuz rayonunun sərhədyanı kəndlərində quraşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR