Vaşinqtonda Şah İsmayıl Xətaiyə həsr olunmuş nadir əlyazmaların sərgisi keçirilib

 Vaşinqtonda  Şah İsmayıl Xətaiyə həsr olunmuş nadir əlyazmaların sərgisi keçirilib
# 16 dekabr 2012 02:11 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın paytaxtı Vaşinqtonda İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Qarabağ Fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq 2 həftədir reallaşdırdığı sərgi çərçivəsində Azərbaycan tarixinin tanınmış siması olan Şah İsmayıl Xətainin yazdığı Divanının Amerikada tapılaraq elektron versiyasının hazırlanması, o cümlədən 1525-1530-ci illər Səfəvilər dövrü Şah İsmayıl Xətaiyə həsr olunmuş nadir əlyazmadan 18 ədəd xüsusi gözəl kaliqrafiya nümunəsinin nümayişi keçirilib.


Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən xəbərə görə, bu tədbirdə İsveç Kraliçasının Mentor Fondunun direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qəyyumlar komitəsinin üzvü Dr. Farida Allaghi, dünyanın ən böyük muzey və kitabxana institutlarından olan Smitshonianin, Konqres Kitabxanasının və digər elm mərkəzlərinin nümayəndələri iştirak edib.


Qarabağ Fondunun təsisçilərindən Adil Bağırov Nizami Gəncəvi irsi, dünya mədəniyyətindəki misilsiz rolu, musiqi sərvətimiz olan tar, Şah İsmayıl Xətai varlığının vacibliyi vurğulanıb.


İsveç Kraliçasının Mentor Fondunun direktoru Dr. Farida Allaghi Gəncə İcra Hakimiyyətinin dəvəti ilə Nizaminin 870 illik yubileyində iştirak etmiş, Azərbaycan xalqının öz mədəniyyətinə sahib durmasının, insanların öz mədəniyyətini yaşatmaqlarını görməklərindən təsirləndiklərini və Gəncə şəhərində təsis olunmuş Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Nizami Gəncəvi irsinin yenidən yaşatması istiqamətində gördüyü işi yüksək qiymətləndirmişdir.


Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu sərgi artıq Bişkek, Aktau, Ankara, İstanbul, Tbilisi, Vaşinqton və daha 10-dan çox şəhərdə nümayiş etdirilib.


Tədbir zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Qarabağ Fondu arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.


Birgə layihə çərçivəsində ilk addım olaraq Qırğızıstan dövlətinə, Roza Otunbayevanının Təşəbbüsü təşkilatına Nizami Gəncəvi irsinə, regionun tarixinə və mədəniyyətinə aid olan çox dəyərli kitablar, elmi araşdırma məlumatları təqdim edilib.


Bu yaxınlarda isə Mərkəzin Qəyyumlar Şurasının üzvləri Prezident Roza Otunbayeva, Prezident Vaira Vike-Freiberga, Dr. İsmayıl Serageldin, Dr Farida Allaghinin iştirakı ilə ABŞ-ın Arkansas ştatında bir sıra layihələrin təməli də qoyulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR