Gürcüstanda enerji tarifləri azaldılır

Gürcüstanda enerji tarifləri azaldılır
# 13 dekabr 2012 11:10 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, eyni zamanda elektrik enerjisinin tariflərinin də azaldılacağı gözlənilir.

Tariflərin dəyişəcəyini Gürcüstanın energetika nazirinin müavini Mariyam Valişvili də təsdiqləyib. Onun sözlərinə görə, energetiklər hesablayıblar ki, elektrik enerjisi tarifində də 10 tetri (0,05 AZN) azalma aparıla bilər.

Qeyd edək ki, Gürcüstanın energetika naziri, bir zamanların məşhur futbolçusu Kaxa Kaladze tariflər haqqında danışıqların başa çatdığını bildirib. Onun sözlərinə görə, indiki mərhələdə ekspertlər müxtəlif kiçik detallar barədə danışıqlar və dəqiqləşdirmə aparırlar. Nazir «Inter-RAO» şirkəti ilə də danışıqlar aparıldığını söyləyib. Qaz və enerji tarifləri ilə baş nazir Bidzina İvanişvilinin də tanış olduğu bildirilir. Gürcü mətbuatının yazdığına görə, ölkədə qazın 1 kubmetri əhaliyə 50 tetriyə (25 qəpiyə) satılırdısa, indi 5 tetri (2,5 qəpik) ucuzlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR