FHN dənizdə batmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib

FHN dənizdə batmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib
# 30 iyul 2016 17:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazilriyinin (FHN) xilasediciləri dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfəri xilas edib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 18:00-da başa çatıb.

Bundan başqa, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal qurumun xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 18:20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR