İspaniyada ralli zamanı avtomobilin tamaşaçılara çırpılması nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb

İspaniyada ralli zamanı avtomobilin tamaşaçılara çırpılması nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb
# 06 sentyabr 2015 00:16 (UTC +04:00)

Bakı-APA. İspaniyada ralli zamanı yüksək sürətlə hərəkətdə olan avtomobil döngələrin birində idarəetməni itirib və yoldan çıxaraq tamaşaçılara çırpılıb. APA-nın lifenews.ru – ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində dördü kişi, ikisi isə qadın olmaqla 6 nəfər ölüb, 4-ü uşaq olmaqla 10 nəfər ciddi xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR