Rusiya XİN: Kubada hərbi baza yaratmağı planlaşdırmırıq

Rusiya XİN: Kubada hərbi baza yaratmağı planlaşdırmırıq
# 26 oktyabr 2015 09:13 (UTC +04:00)

Bakı – APA. Rusiya Kubada hərbi baza yaratmaq fikrində deyil.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

“Kubada hərbi bazaların açılması ilə bağlı hər hansı planımız yoxdur. Bu ölkə ilə münasibətlərimiz fərqli məcrada davam edir. Kuba ordusunun döyüş qabiliyyəti ilə bağlı məsələ isə deməyə əsas vermir ki, orada nəsə yaratmağı planlaşdırırıq”, - deyə nazirlikdən vurğulayıblar.

Qeyd edək ki, bir müddət öncə Rusiya baş nazirinin müavini Dmitri Roqozin ölkəsinin Kubada QLONASS siqnalı kalibrlənmə mərkəzlərini yaratmaq planlarından danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR