Kür çayında suyun səviyyəsində azalma müşahidə olunub

Kür çayında suyun səviyyəsində azalma müşahidə olunub
# 06 noyabr 2015 10:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-110, Kiçik Qafqazın çaylarında 60-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-70 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, noyabrın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 153 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 162 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 198 m3/s olmaqla, ongünlük normanın 234 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 67 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.

Noyabrın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 15, Şirvanda 4, Salyanda 7, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 16 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 463 sm (2014-cü il noyabrın 6-da 331 sm), Şirvanda 399 sm (2014-cü il noyabrın 6-da 155 sm), Salyanda 320 sm (2014-cü il noyabrın 6-da 110 sm), Bankədə 237 sm (2014-cü il noyabrın 6-da 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 180 sm (2014-cü il noyabrın 6-da 90 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR