“Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Gəncədə fləşmob təşkil olunub - FOTO

“Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Gəncədə fləşmob təşkil olunub - <span style="color: red;">FOTO
# 27 may 2015 07:28 (UTC +04:00)

Bakı - APA. “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Gəncədə fləşmob təşkil olunub.

APA-nın məlumatına görə, 6000 gəncin iştirakı ilə keçirilən bu aksiyada birinci Avropa Oyunlarının simvolu canlandırılıb. Tədbir şəhərin Heydər Əliyev adına baş meydanında keçirilib.

“Bakı-2015”in simvolunu yaradan gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdirib.

Bu aksiya eyni zamanda “Ginnesin dünya rekordları” komissiyası tərəfindən izlənilib.

Qeyd edək ki, bundan əvvəl İraq bayrağı 4200 nəfərin iştirakı ilə yaradılıb. Aprelin 2-də Bağdadda qeydə alınan bu fakt ən böyük mozaika kimi Ginnesin dünya rekordları siyahısına düşmüşdü.

Gəncədə 6000 nəfərin “Bakı-2015” birinci Avropa Oyunlarının simvolunu yaratması ilə bu rekord təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.

“Bakı 2015”ə həsr olunan ən böyük fləşmobun videosu da təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR