Şəmsəddin Hacıyev: “Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı tam şəffaf sistem yaradılıb”

Şəmsəddin Hacıyev: “Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı tam şəffaf sistem yaradılıb”
# 17 noyabr 2012 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “1990-cı illərdə pedaqoji ixtisaslara nisbətən zəif hazırlıqlı tələbələr gəlirdilər. Obyektiv yanaşılsa, onların universitetlərdə hazırlığı da yüksək səviyyədə olmayıb. Buna görə də orta məktəblərdə bəzi problemlər yarandı. Bu məsələ Təhsil Nazirliyinin diqqət mərkəzində olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələri”nə həsr olunan kollegiya iclasında çıxışı zamanı səsləndirib.

O deyib ki, hər il Azərbaycan ali təhsil müəssisələrinin pedaqoji ixtisaslar üzrə 10-12 min nəfər bitirir: “Onların 3000-ə yaxını müəllim kimi işə qəbul olunur. Yerdə qalan 7-8 min nəfərin işlə təminatı, onların sonrakı taleyi barədə isə indidən fikirləşmək lazımdır”. Bunu çox ciddi məsələ sayan Ş.Hacıyevin sözlərinə görə, bu gün Azərbaycanda işsizliyin səviyyəsini aradan qaldırmaq üçün bu kimi məsələlərə mütləq nəzər yetirilməlidir.

Komitə sədri təklif edib ki, Azərbaycanda orta məktəblərə müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqənin nəticələri universitetlərin reytinqlərinin müəyyənləşməsində, onların fəaliyyətinə qiymət verilməsində və akkreditasiyasının keçirilməsində nəzərə alınsın. O, artıq müəllimlərin orta məktəblərə işə qəbulu ilə bağlı tam şəffaf sistemin yaradıldığını da söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR