Dünya Kuboku yarışlarının qalibi: “Qələbə sevinci ilə Serbiyaya yola düşəcəm” - FOTO

Dünya Kuboku yarışlarının qalibi: “Qələbə sevinci ilə Serbiyaya yola düşəcəm” - <span style="color: red;">FOTO
# 15 avqust 2015 09:47 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. “Füsünkar təbiətin əhatəsində, təmiz havada belə bir möhtəşəm yarışda iştirak etmək mənim üçün çox xoş oldu. Qəbələ mənim yaddaşımda unudulmaz anlarla qalacaq. Belə ki, mən Dünya Kuboku yarışlarında ilk qızıl medalımı məhz burada qazandım. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Rəqiblərim çox güclü idi, yarış çətin keçdi və sonda mən qalib oldum. Qəbələnin təbiəti çox xoşuma gəldi. Azərbaycana ilk dəfədir ki, gəlirəm və burada hər şeyin gözəl olmasının şahidiyəm. Mən bu yarışda dünya kuboku yarışlarının qalibi olaraq 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandım və qələbə sevinci ilə Serbiyaya yola düşəcəm”.

Bu sözləri APA-ya müsahibəsində Qəbələ Stend və Ox Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə dünya kuboku uğrunda yarışların final mərhələsində qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışlarının qalibi olan Serbiya idmançısı Zorana Arunoviç deyib. Çin və Tayvan idmançılarını xal hesabı ilə geridə qoyaraq dünya kuboku yarışlarının qızıl medalını qazanan Zorana Arunoviç gələcəkdə yenə Azərbaycana gələcəyini bildirib. “Burada insanlar çox səmimi və qonaqpərvərdir. Burada çoxlu idmançılarla tanış oldum, yeni dostlar qazandım. Yarışın təşkilatçılığı çox yüksək səviyyədə idi. Ümumiyyətlə paytaxtdan uzaqda olan balaca bir şəhər müasirliyi ilə diqqətimi cəlb etdi. Müasir sosial obyektlər, otellər, istirahət mərkəzləri və idman obyektləri Qəbələnin gələcəkdə daha sürətlə inkişaf edəcəyini göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR