Azərbaycanda bu ilin əvvəlində lisenziya alan bankın baş ofisi sentyabrdan fəaliyyətə başlayacaq

Azərbaycanda bu ilin əvvəlində lisenziya alan bankın baş ofisi sentyabrdan fəaliyyətə başlayacaq
# 10 avqust 2015 09:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Caspian Development Bank “ ASC-nin (CDB) baş ofisinin açılışı sentyabr ayına nəzərdə tutulur.

Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.

Qeyd edək ki, bu yaxınlarda bankın Bakıda “Buta” şöbəsi fəaliyyətə başlayıb. Şöbənin fəaliyyəti Azərbaycan Mərkəzi Bankının müvafiq icazəsi əsasında həyata keçirilir. Vidadi küçəsi, 160 ünvanında fəaliyyət göstərəcək “Buta” şöbəsində fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərilməsi nəzərdə tutulub. Burada müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal ödənişlər və s. xidmətlər təklif olunur.

Xatırladaq ki, “Caspian Development Bank (CDB)” ASC 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi Azərbaycanda qeydiyyatdan keçmiş ilk banklardan biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank"ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR