«Azərmarka» dövriyyəyə Azərbaycan və Belarus xalq rəqslərinə həsr olunmuş poçt markası buraxıb - FOTO

«Azərmarka» dövriyyəyə Azərbaycan və Belarus xalq rəqslərinə həsr olunmuş poçt markası buraxıb - <span style="color: red;">FOTO
# 25 aprel 2013 09:57 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti «Azərbaycan və Belarus birgə buraxılışı. Xalq rəqsləri» poçt blokunu dövriyyəyə buraxıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, layihə milli geyimlərin gözəlliyini və milli rəqslərin koloritini nümayiş etdirir. Markalar üzərində Azərbaycan və Belarusun qədim xalq rəqsləri «Tərəkəmə» və «Krıjaçok» təsvir olunub.

Poçt blokunun tirajı 15 min ədəd, hər markanın nominal dəyəri 0,50 manat təşkil edir.

Xatırladaq ki, 2011-ci ildə ölkələr «Musiqi alətləri» mövzusunda ilk birgə poçt markalarını dövriyyəyə buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR