ABŞ səfiri Azərbaycanın hərbi pilotları ilə görüşüb - YENİLƏNİB - FOTOSESSİYA

ABŞ səfiri Azərbaycanın hərbi pilotları ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 14 aprel 2015 10:43 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli - APA. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə səfirliyin rəsmi “Twitter” hesabında məlumat verilib.

Görüşdə pilotların Azərbaycanın müdafiəsi uğrunda xidmətləri və ikitərəfli münasibətlərin gücləndirilməsi yolları müzakirə edilib.

Səfirliyin “facebook” hesabında isə qeyd olunur ki, səfir Robert Sekuta Kürdəmirdə yerləşən bazada Hərbi Hava Qüvvələrinin pilotları və peşəkarları ilə görüşüb.

Görüşdə onların Azərbaycanın müdafiəsinə verdiyi xidmətlər nəzərdən keçirilib.

Səfir bazanın komandiri ilə birlikdə uçuş simulyatorunda pilotluq bacarığını yoxlayıb, pilot kabinəsindən SU-25 təyyarəsi barədə bilgi alıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR