Lənkəran teatrının aktrisası Şahrud Mehdiyevanın 60 illik yubileyi qeyd olunub – FOTO

Lənkəran teatrının aktrisası Şahrud  Mehdiyevanın 60 illik yubileyi qeyd olunub – <span style="color: red;">FOTO
# 27 oktyabr 2015 17:25 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Oktyabrın 27-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aparıcı aktrisası Şahrud Mehdiyevanın anadan olmasının 60 illiyi münasibətilə yubiley mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yubilyarın sənət dostlarının, pərəstişkarlarının toplaşdığı tədbiri giriş sözü ilə teatrın direktoru Tofiq Heydərov açıb. Daha sonra teatrın baş rejissoru Tural Mustafayev, əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev yubilyar haqqında ürək sözlərini dilə gətiriblər.

Qeyd olunub ki, Ş.Mehdiyeva özünün 60 illik mənalı ömrünün 42 ilini Lənkəran Dövlət Dram Teatrına və onun inkişafına həsr edib.

Aktrisanın səhnədə oynadığınız Ana (“Olanlardan-keçənlərdən”, Ü.Hacıbəyov), Kleopatra (“Kölgələrin oyunu”, Y.Edlis), Beatriç (“İki ağanın bir nökəri”, K.Qaldoni), Bahar (“Ana laylası”, İ.Coşqun), Gülnaz (“Pul dəlisi” , Ə.Orucoğlu), Xumar (“Bir ovuc torpaq”, H.Allahyarov), Nofa (“Nazirin xanımı”, B.Nuşiç), Miletta (“Ezop”, Q.Fiqereydo), Sədəf İmanova (“Mən nənəm ilə evlənirəm”, H.Muxtarov), Eritta (“Herastratı unudun”, Q.Qorin) və onlarla bu kimi obrazlar onun məhsuldar yaradıcılığının parlaq nümunələrindən sayılır.

Şahrud Mehdiyeva teatr sənətinin inkişafında əməyinə görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı, bir sıra fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunub.

Daha sonra Lənkəran teatrının rəhbərliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Lənkəran rayon komitəsi tərəfindən yubilyara fəxri fərman və pul mükafatı təqdim olunub.

Sonda çıxış edən Ş.Mehdiyeva tədbirin təşkilatçılarına minnətdarlığını çatdıraraq, bundan sonra da yüksək şövqlə səhnə fəaliyyətini davam etdirəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR