Breyvikin qətliam törətdiyi adada yenidən düşərgə açılacaq

Breyvikin qətliam törətdiyi adada yenidən düşərgə açılacaq
# 07 avqust 2015 07:32 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Anders Breyvikin 2011-ci ildə terror aktı törətdiyi Norveçin Utoya adasında yenidən gənclər düşərgəsi açılacaq.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, gənc solçu fəallar 3 gün ərzində düşərgələrdə qalacaqlar.

Məlumata görə, gənclər siyasi proseslər, habelə ekstremizmlə mübarizə məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, 2011-ci ilin 22 iyulunda Breyvik Oslonun mərkəzində 8 nəfərin ölümü ilə nəticələnən partlayış törədib.

Bunun ardınca Utoya adasına gedən Breyvik gənclər düşərgəsində ətrafa atəş açaraq 69 nəfərin qətlinə səbəb olub.

Qeyd edək ki, 21 illik həbs cəzasına məhkum edilən Anders Breyvik bu ilin iyulunda Oslo Universitetinə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR