Ceyms Uorlik: "Azərbaycanın erməni əsgəri qaytarmasını alqışlayırıq"

Ceyms Uorlik: "Azərbaycanın erməni əsgəri qaytarmasını alqışlayırıq"
# 19 noyabr 2015 15:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Biz Azərbaycanın təmas xəttini keçən erməni əsgəri geri qaytarması ilə bağlı atdığı humanitar jesti alqışlayırıq”.

Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.

Xatırladaq ki, 22 mart 2015-ci il tarixdə təmas xəttini keçərək Azərbaycan hərbçilərinə könüllü təslim olan erməni əsgər Andranik Araratoviç Qriqoryan noyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında geri qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR