Ukrayna prezidenti iyulun 13-14-də Azərbaycanda səfərdə olacaq - RƏSMİ

Ukrayna prezidenti iyulun 13-14-də Azərbaycanda səfərdə olacaq - <span style="color: red;">RƏSMİ
# 11 iyul 2016 15:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-14-də Azərbaycanda rəsmi səfərdə olacaq.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, səfər zamanı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.

Səfər çərçivəsində Ukrayna-Azərbaycan əlaqələrin müxtəlif sahələrdə inkişafına yönəlmiş ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Səfər proqramına Ukrayna prezidentinin Azərbaycanın baş naziri Artur Rasizadə və parlamentin spikeri Oqtay Əsədovla görüşü də daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR