Lənkəranda təmir-tikinti sahəsində yanğın baş verib

Lənkəranda təmir-tikinti sahəsində yanğın baş verib
# 14 iyul 2014 15:27 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. İyulun 14-də günorta saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, yanğın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məxsus ümumi sahəsi 2 hektar olan 6 saylı təmir-tikinti sahəsinin ərazisində qeydə alınıb. FHN əməkdaşlarının səyləri nəticəsində yanğın söndürülməklə, onun digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 250 kv.metrlik kol-kos və 2 ədəd 4 metrlik elektrik dirəyi yanıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR