Avstraliyada yük maşını qatarla toqquşub, 19 nəfər xəsarət alıb

Avstraliyada yük maşını qatarla toqquşub, 19 nəfər xəsarət alıb
# 14 iyul 2016 03:48 (UTC +04:00)

Bakı-APA. Avstraliyanın Kolak şəhərində (Viktoriya ştatı) dəmir yol keçidində yük maşını qatarla toqquşub.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində yük maşınının sürücüsü və qatarda olan 18 sərnişin müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar xəstəxanalara çatdırılıb. Yük maşınının sürücüsünün vəziyyəti ağır kimi qiymətləndirilir. Sərnişinlərin həyatlarına təhlükə olmadığı bildirilir.

Faktla bağlı polis araşdırma aparır. İnsidentin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR