Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.
“Çoxsaylı xahişləri nəzərə alaraq, Bakı-Gəncə aviareysi üzrə uçuşlar bərpa edilib. Uçuşlar hər gün həyata keçiriləcək”, - deyə P. Kəsəmənski bildirib.
P. Kəsəmənski əlavə edib ki, uçuşlar “Embraer-170” tipli təyyarələrlə həyata keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin az istifadə etməsi səbəbindən noyabr ayının 21-dən Gəncə, Qəbələ və Lənkərana uçuşları dayandıracağı barədə qərar qəbul edəcəklərini bəyan edib. Lakin qərar dəyişdirildiyindən Gəncəyə yeni uçuşlara noyabr ayının 22-dən həyata keçiriləcək.