Topaz Premyer Liqasında püşkatma mərasimini vaxtı dəqiqləşib

Topaz Premyer Liqasında püşkatma mərasimini vaxtı dəqiqləşib
# 13 iyul 2016 11:44 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının 2016/17 mövsümünün püşkatmasının tarixi müəyyənləşib. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, yeni mövsümün püşkü iyulun 26-da atılacaq.

AFFA-nın inzibati binasında keçiriləcək tədbirdə ilk turun cütləri müəyyənləşəcək. Sonra isə mövsümün tam təqvimi dəqiqləşəcək.

Qeyd edək ki, 2016/17 mövsümündə Premyer Liqada ilk dəfə 8 komanda mübarizə aparacaq. Bunlar Bakının “Zirə”, “İnter”, “Neftçi”, AZAL klubları, həmçinin “Qarabağ” (Ağdam), “Qəbələ”, “Kəpəz” (Gəncə) və “Sumqayıt”dı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR