"Mətanət A" İranda gips istehsal etmək niyyətindədir

"Mətanət A" İranda gips istehsal etmək niyyətindədir
# 04 iyul 2016 13:00 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran və Azərbaycan polad istehsalı sahəsində əməkdaşlıqlar genişləndirir. Bunu APA-nın İran bürosuna açıqlamasında İranın ticarət, sənaye və mədənçilik nazirinin müavini Cəfər Sərqeyni deyib.


O deyib ki, bir neçə gün öncə Azərbaycan tərəfi İranla bu sahədə əməkdaşlığı genişləndirmək istədiyini elan edib: "Biz də öz növbəmizdə Azərbaycan tərəfinin istəyini İranın Mədənlərin İnkişafı və Yenidən qurulması Təşkilatına bildirmişik. Mövcud şəraitə uyğun olaraq əməkdaşlığımızı inkişaf etdirəcəyik. Azərbaycanla əməkdaşlıq İran üçün həm siyasi, həm də iqtisadi baxımdan cəlbedicidir".

Nazir müavini deyib ki, "Mətanət A" şirkətlər qrupu İranın Simnan gips mədəninə baxış keçirib: "Onlar vəziyyəti öyrəndilər. Əgər şirkət müsbət qərar qəbul edərsə, birgə şirkət yaratmaqla əməkdaşlıq edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR