Azərbaycan jurnalistləri üçün uşaq hüquqlarının qorunması mövzusunda seminar keçirilir

Azərbaycan jurnalistləri üçün uşaq hüquqlarının qorunması mövzusunda seminar keçirilir
# 30 avqust 2014 13:26 (UTC +04:00)

Quba. Anaxanım Hidayətova - APA. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Azərbaycan jurnalistləri üçün "Uşaq hüquqlarının qorunması: milli / beynəlxalq qanunvericilik və təcrübə" mövzusunda seminar keçirir.

APA-nın məlumatına görə, "Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi" proqramı və "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyi ilə birgə keçirilən təlimdə jurnalistlərə valideyn və uşaqların hüquq və vəzifələri, ailədə uşaq hüquqları, uşağın müdafiə hüququ, əmlak hüququ, BMT-nin 1989-cu il "Uşaq hüquqları haqqında Konvensiyası" və digər mövzularda geniş məlumat verilib.

Qeyd edək ki, təlimdə 20-yə yaxın yerli jurnalist iştirak edir. Seminar sabah öz işini yekunlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR