Cəlilabadda kombayn və biçilməmiş taxıl sahəsi yanıb

Cəlilabadda kombayn və biçilməmiş taxıl sahəsi yanıb
# 19 iyun 2016 00:47 (UTC +04:00)

Bakı-APA. Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Suluçeşmə kəndində baş verib. Nəticədə vətəndaşa məxsus kombaynın mühərrik hissəsi və kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə biçilməmiş taxıl sahəsi, 10 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Kombaynın qalan hissələri və digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR