Lavrov: “ABŞ dövlət katibi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdik”

Lavrov: “ABŞ dövlət katibi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdik”
# 15 iyul 2016 23:12 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. ABŞ dövlət katibi ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdik.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri ilə görüşünün yekunlarına dair birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrik. Bu ilin may ayında Con Kerri Vyanda Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirib. İyun ayında Sankt-Peterburqda prezident Vladimir Putin Azərbaycan və Ermənistan liderlərini qəbul edib. Ondan sonra mən prezidentin tapşırığı ilə Bakı və Yerevanda görüşlər keçirmişəm. Biz bu gün münaqişə tərəflərinin qəbul edəcəyi razılaşmaya yığılmış potensialın necə istifadə edilməsi barədə fikir mübadiləsi apardıq. Bu, çox önəmli regionda sülhə nail olmaq üçün tapşırıqları həyata keçirməyə imkan verəcək", deyə- Rusiya XİN başçısı qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR