Azərbaycan "JATA 2015" beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan "JATA 2015" beynəlxalq turizm sərgisində iştirak edir
# 25 sentyabr 2015 21:01 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə nazirliyin turizm şöbəsinin turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, təbliğat sektorunun müdiri Emil Səfərov, "Al travel", "Turizm.az", "Spektr travel", "Geo travel" və "SW travel" turizm şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.

Sərginin açılışı zamanı Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Azərbaycan milli stendini ziyarət edib. Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 45 kv.m sahədə milli stend quraşdırılıb, sərgiyə gələn ziyarətçi və iştirakçılara 30-dan artıq ingilis və yapon dillərində ölkəmizin mədəniyyəti, tarixi, təbiəti, turizmi, mədəni irsi haqqında reklam-çap məhsulları təqdim olunur.

Tədbirdə Azərbaycanın turizm sənayesinin nümayəndələri ilə Yaponiyanın turizm sənayesi nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib və əməkdaşlığa dair müqavilələr imzalanıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin marketinq strategiyasına əsasən Yaponiya Azərbaycan üçün gəlmə turizm baxımından prioritet ölkələr qrupuna daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR