AFFA “Neftçi” klubunu 200 manat cərimələyib

AFFA “Neftçi” klubunu 200 manat cərimələyib
# 27 oktyabr 2015 12:44 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının IX turunun qarşılaşmalarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Komitə üzvləri yalnız bir futbolçu ilə bağlı qərar verib. Belə ki, AZAL-la oyunun 90+4-cü dəqiqəsində meydandan qovularaq, “Neftçi”ni azlıqda qoyan Jairo Rodriges cəzalanıb.

Sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alan legioner 1 oyunluq kənarlaşdırılıb. O, “İnter”lə sabahkı matçı buraxmalı olacaq. “Neftçi” isə 200 manat cərimə ödəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR