Pentaqon: Suriyada İŞİD liderlərindən biri məhv edilib

Pentaqon: Suriyada İŞİD liderlərindən biri məhv edilib
# 03 iyul 2015 00:49 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Hərbi-Hava Qüvvələri “İslam dövləti” (İŞİD) qruplaşmasının liderlərindən biri Tariq Əl-Hərzini məhv edib.

APA-nın məlumatına görə, bunu ABŞ müdafiə nazirliyinin rəsmi nümayəndəsi Ceff Devis bəyan edib.

Məlumata əsasən, terrorçu iyulun 16-da Suriyanın əl-Şəddad şəhərində pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində məhv edilib. C.Devisin sözlərinə görə, Tariq Əl-Hərzi Liviyadan İraqa canlı qüvvə və silah-sursat keçirilməsinə cavabdeh imiş.

Xatırladaq ki, iyunun 15-də İraqın Mosul şəhərində İŞİD qruplaşmasının digər liderlərindən biri Əli Əl-Hərzi hava zərbəsi nəticəsində məhv edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR