Bakıda polis rəisini bıçaqlayanların məhkəməsi başlayıb

Bakıda polis rəisini bıçaqlayanların məhkəməsi başlayıb
# 02 noyabr 2015 14:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində polis bölməsinin rəisini bıçaqlamaqda və digər cinayətlərdə təqsirləndirilən Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun məhkəməsi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə zərərçəkmiş şəxs qismində 5-ci polis bölməsinin rəisi Anar Şıxaliyev ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib: “Dostum Ələddinin avtomobili məndə idi. Getdiyim yerdə bir “Niva”, bir də “Opel” markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar. İki nəfər məni bıçaqladı, sonra qaçdı. Lakin şikayətim yoxdur. Çünki onlar məni başqası ilə səhv salıblar”.

Məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Ələkbər Qəhrəmanov ifadə verib. O, ifadəsində özünü qismən təqsirli bilib, əlavə edib ki, Anar Şıxaliyevi başqa bir adamla səhv salaraq cinayəti törədiblər.

Məhkəmə prosesi noyabrın 4-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən il iyunun 20-də "Xutor" qəsəbəsində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR