Bakı sakini döyülüb və qarət olunub

Bakı sakini döyülüb və qarət olunub
# 05 iyun 2015 07:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda soyğunçuluq hadisəsi baş verib.

APA-nın məlumatına görə, iyunun 3-də Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Vüqar Yasər oğlu Ağayev polisə ərizə ilə müraciət edərək bildirib ki, iyunun 3-də tanışı, Buzovna qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü Sara Əlişad qızı Xəlilovanın evində qonaq olarkən naməlum şəxs onu bıçaqla hədələyərək döyüb.

Naməlum şəxs daha sonra V. Ağayevin 500 manat dəyərində olan mobil telefonunu, videoregistratorunu və içərisində 480 manat olan kredit kartını alaraq gedib. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Bülbülə qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü İsmayıl Zaur oğlu Cəlimov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180.1 (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR