Çində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 331-ə çatıb

Çində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 331-ə çatıb
# 06 iyun 2015 04:54 (UTC +04:00)

Bakı-APA. Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 331-ə çatıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bundan əvvəl 75 nəfərin öldüyü bildirilirdi.

Hadisə yerində axtarış-xilasedici əməliyyat nəticəsində 14 nəfər xilas edilib. İyunun 5-də “Şərq Ulduzu” çayın dibindən suyun üzərinə qaldırılıb.

Qeyd edək ki, Nankin şəhərindən Çuntsinə yollanan gəminin göyərtəsində 456 nəfər olub. Çin polisi gəminin kapitanını və baş mexanikini həbs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR