Tel-Əvivdə terror aktı nəticəsində ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB

Tel-Əvivdə terror aktı nəticəsində ölənlərin sayı 4-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 08 iyun 2016 23:45 (UTC +04:00)

Bakı-APA. Tel-Əvivdə törədilən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 6 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə İsrail televiziyası xəbər verib.

Məlumata əsasən, iki nəfər “Sorona” ticarət mərkəzində yerləşən kafedə atəş açıb. Onların polis tərəfindən saxlanıldığı bildirilir. İsrail televiziyası xəbər verir ki, terrorçulardan biri yaralanıb, digəri isə artıq istintaq tərəfindən dindirilir.

İsrailin baş naziri Benyamin Netanyahu hadisə ilə əlaqədar Tel-Əvivdə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə xüsusi iclas keçirib.

***

00:21

Bakı-APA. Tel-Əvivdə Israil müdafiə nazirliyi binasının yaxınlığında yerləşən “Sorona” ticarət mərkəzində atışma olub.

APA-nın “Times of Israel”-ə istinadən verdiyi məlumata görə, insident nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar 2 nəfərin saxlanıldığı, daha bir nəfərin isə polis tərəfindən güllələndiyi bildirilir.

“Biz bunun terror aktı olduğunu artıq təsdiqləyə bilərik”, deyə Tel-Əviv polisinin nümayəndəsi Miki Rozenfeld bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR