Bakı-APA. İyunun 15-də AVRO-2016 qrup mərhələsində II turun oyunlarına start verilib.
APA-ın məlumatına görə, günün son qarşılaşması Fransa və Albaniya (“A” qrupu) arasında olub.
Fransalılar rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər. Qolları matçın son dəqiqələrində Antuan Qrizman (90 dəq.) və Dmitri Paye (90+5) vurub.
Beləliklə, iki oyundan sonra 6 xal qazanan fransızlar vaxtından əvvəl turnirin növbəti mərhələsinə yüksəliblər.
Avropa çempionatı
Qrup mərhələsi, II tur
15 iyun
A qrupu
Fransa – Albaniya - 2:0
Qol: Qrizman, 90, Paye, 90+5
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
Fransa |
2 |
2 |
0 |
0 |
4:1 |
6 |
İsveçrə |
2 |
1 |
1 |
0 |
2:1 |
4 |
Rumıniya |
2 |
0 |
1 |
1 |
2:3 |
1 |
Albaniya |
2 |
0 |
0 |
2 |
0:3 |
0 |