Almaniyada Parisdəki terror aktları ilə bağlı iş üzrə 7 nəfər saxlanılıb - VİDEO

Almaniyada Parisdəki terror aktları ilə bağlı iş üzrə 7 nəfər saxlanılıb - <span style="color: red;">VİDEO
# 17 noyabr 2015 18:03 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Alsdorf şəhərində Parisdə törədilən terror aktları ilə əlaqəsi olmaqda şübhəli bilinən 7 şəxs saxlanılıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Alsdorf şəhərinin daxil olduğu Axen dairəsinin polis idarəsindən bildirilib.

Bundan əvvəl xarici mətbuatda qeyd olunan iş üzrə iki qadın və üç kişinin saxlanıldığı bildirilib.

Məlumata görə, xüsusi təyinatlılar çoxmənzilli binada apardığı əməliyyat zamanı daha iki şəxsi saxlayıblar. Hazırda onların şəxsiyyəti və Parisdə törədilən terror aktları ilə əlaqəsi müəyyənləşdirilir.

Xatırladaq ki, noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, azı 300 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR