Qobustanın Cəngi kəndində yerüstü piyada keçidi tikilir

Qobustanın Cəngi kəndində yerüstü piyada keçidi tikilir
# 08 iyul 2016 10:45 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 56-cı km-də, Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi inşa olunur.

"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, keçidin uzunluğu 31 metr, eni isə 2,7 metrdir. Metal konstruksiyadan inşa olunan yerüstü piyada keçidinin üstü açıq olacaq.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması işləri çərçivəsində ümumilikdə 9 ədəd yerüstü piyada keçidinin inşası planlaşdırılıb.

Bundan başqa 19 ədəd yeraltı keçidin olması da nəzərdə tutulub. Artıq həmin yeraltı keçidlərdən 13-ü tam hazır vəziyyətdədir. Keçidlərin eni 4 və 6 metr olmaqla hündürlükləri müvafiq olaraq 2,5 və 4,5 metrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR