AYİB səkkiz il ərzində Azərbaycanda dayanıqlı enerji layihələrinə 300 mln. avro yatırıb

AYİB səkkiz il ərzində Azərbaycanda dayanıqlı enerji layihələrinə 300 mln. avro yatırıb
# 25 noyabr 2014 08:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan daxildə enerjiyə nə qədər qənaət edərsə, bir o qədər çox enerji ixrac edə bilər. İstehsalçılar isə nə qədər enerji səmərəliliyindən istifadə edərlərsə, məhsulları da bir o qədər rəqabətədavamlı və ixrac potensialına malik bilər. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) biznes mühitinin inkişaf etdirilməsi, bu sahədə əsas maneələrin aradan qaldırılmasına çalışır. Bankın dayanıqlı enerji layihələri üçün istifadə etdiyi biznes model üç meyara əsaslanır ki, bunlar da investisiya, texniki yardım və siyasi dialoqdan ibarətdir”.

"APA-Economics" xəbər verir ki, bunu AYİB-in Azərbaycandakı ofis rəhbəri Nil MakKeyn bildirib.

Onun sözlərin görə, AYİB 2006-2013-cü illərdə 35 ölkədə 756 dayanıqlı enerji layihələrinə 13 mlrd. avro vəsait yatırıb: “Bu da həmin dövr ərzində Avropa Yenidənqurma və İnkişaf Bankının ümumi fəaliyyətinin 29%-nı təşkil edir. “Energokredit” layihəsi ilə AYİB Azərbaycanda sərmayəsini artırmağa çalışır. 2006-cı ildən bank Azərbaycana dayanıqlı enerji layihələrinə 288 mln. avro sərmayə yatırıb. Mən çox təəccüblənmişdi, çünki bunlar çox böyük layihələr idi. Artıq Azərbaycandakı portfelimizin ¼-i həcmində yenidən bu sahəyə investisiya qoyuruq”.

N. MakKeyn qeyd edib ki, AYİB-in Azərbaycanda əsas təşəbbüsləri enerji investisiyalarını artırmaq, enerji səmərəliliyi, kredit xəttinin açılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR