Ştefan Füle bəzi müxalifət təşkilatlarının rəhbərləri ilə görüşüb

Ştefan Füle bəzi müxalifət təşkilatlarının rəhbərləri ilə görüşüb
# 03 may 2013 12:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycanda səfərdə olan Avropa Birliyinin (AB) genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bir sıra müxalifət təşkilatlarının rəhbərləri ilə görüş keçirib.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, seçkiqabağı vəziyyət və digər məsələlər müzakirə olunub.

Görüşdə ALP sədri Əvəz Temirxanla yanaşı, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə və “EL” Hərəkatı İdarə Heyətinin sədri Eldar Namazov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR