Rusiya XİN başçısı: “Dnestryanı münaqişə ultimatumlar yolu ilə həll edilə bilməz”

Rusiya XİN başçısı: “Dnestryanı münaqişə ultimatumlar yolu ilə həll edilə bilməz”
# 18 mart 2015 11:02 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

"Moldovadakı son hadisələr ölkənin digər hissəsi - Qaqauz bölgəsinin maraqlarını nəzərə almağın vacibliyini göstərir. Problemlər yığılıb qalır. Bir daha demək istəyirəm ki, problemlərin ultimatum yolu ilə həllinə ümid etmək olmaz. Lakin Moldovada bəzi siyasi xadimlərin belə arzusu var. Bu, Moldova və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin imzalanması ilə əlaqədardır. Ümid edirəm ki, avropalı həmkarlarımız Dnestryanı münaqişənin tənzimlənməsində öz məsuliyyətlərini başa düşərək münaqişə tərəflərinə ortaq məxrəcə gəlməkdə kömək edəcəklər", - deyə Lavrov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR