Lavrov: “Donbasda atəşin tam dayanmasını gözləmədən ağır silahları geri çəkmək lazımdır”

Lavrov: “Donbasda atəşin tam dayanmasını gözləmədən ağır silahları geri çəkmək lazımdır”
# 24 fevral 2015 15:49 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bəyan edib.

“Həmkarlarımız, ilk növbədə almaniyalı və fransalı XİN rəhbərləri bildiriblər ki, atəşin tam dayanmasını gözləmədən ağır silahların geri çəkilməsi prosesinə başlamaq vacibdir”, - deyə o vurğulayıb.

Lavrov həmçinin bildirib ki, “Normand dördlüyü” XİN başçıları ATƏT-in xüsusi monitorinq komissiyası tərəfindən əlavə personal, avadanlıq və maliyyənin ayrılmasının zəruriliyini önə çəkiblər.

“Hazırda Donbasda vəziyyət xeyli yaxşılaşsa da, bəzi hallarda müəyyən pozuntular qeydə alınır. Biz ölkələrimizin Vyanada ATƏT-in Ukraynadakı xüsusi monitorinq komissiyasının mandatının uzadılması ilə bağlı mümkün qədər tez bəyanat vermələrinə çağırmışıq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR