Gürcüstandan Azərbaycana gətirilən külli miqdarda pirotexniki vasitə müsadirə olunub

Gürcüstandan Azərbaycana gətirilən külli miqdarda pirotexniki vasitə müsadirə olunub
# 03 dekabr 2014 10:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın gömrük orqanları ölkəyə pirotexniki vasitələrin gətirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu günlərdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəyə gələn Azərbaycan vətəndaşı Sadıqov Habil Əli oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobilindən 20 ədəd, Gürcüstan vətəndaşı Məmmədov Rəşad Əhliman (Mamedov Reshad Ahliman) oğlunun idarə etdiyi “Ford Transit” markalı sərnişin mikroavtobusundan 62 000 ədəd, Gürcüstan vətəndaşı Rzaquliyev Fazil Eldəniz (Rzaguliev Pazil Eldeniz) oğlunun idarə etdiyi “Ford Tranzit” markalı sərnişin mikroavtobusundan 161 qutu, Azərbaycan vətəndaşı Eldarov Əli Musa oğlunun idarə etdiyi “VAZ 21063” markalı minik avtomobilindən 94 qutu, Azərbaycan vətəndaşı Qarayev Tural Kazım oğlunun idarə etdiyi “Opel Vivaro” markalı minik avtomobildən 365 qutu, Azərbaycan vətəndaşı Hüseynov Səbuhi Vahid oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobilindən 2000 ədəd, Azərbaycan vətəndaşı İsmayılov Mübariz Dilqəm oğlunun idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobilindən 330 qutu, Azərbaycan vətəndaşı Abdullayev Elmir Niyaz oğlunun idarə etdiyi “Ford Transit 150L” markalı yük avtomobilindən 169 qutu, Azərbaycan vətəndaşı Hacıyev Cavid Rafət oğlunun idarə etdiyi “Nissan Teana” markalı minik avtomobilindən 125 ədəd müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.

Bütün faktlarla bağlı DGK-nin İstintaq İdarəsində təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR