Azərbaycan prezidenti Qobustanda Bayraq Meydanı ilə tanış olub, Qobustan İdman Kompleksinin açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycan prezidenti Qobustanda Bayraq Meydanı ilə  tanış olub, Qobustan İdman Kompleksinin açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 01 may 2013 15:33 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Qobustana səfəri çərçivəsində rayon mərkəzindəki parkda Bayraq Meydanında yaradılmış şəraitlə tanış olub. APA-nın məlumatına görə, iki hektar ərazini əhatə edən meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bayrağın eni 10, uzunluğu 20 metrdir. Altı ay müddətində inşa olunmuş Bayraq Meydanında geniş abadlıq işləri aparılıb. Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tapşırıq və tövsiyələrini verib.

Daha sonra prezident Qobustan İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verib ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman obyektləri ölkəmizin idman potensialının nümayişinin, gənclərimizin bu sahəyə meylinin artmasının göstəricisidir.

Kompleksdə müxtəlif idman yarışlarının, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Foyedə Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.

Kompleksin ərazisi 2,67 hektar, binanın ümumi sahəsi isə 3,5 min kvadratmetrdir. Ümumi smeta dəyəri beş milyon manat olan kompleks Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq istəyən gənclərin məşqləri və yarışların keçirilməsi üçün hər cür şərait var. Kompleksdə, həmçinin 900 nəfərlik zal, müxtəlif iş və yardımçı otaqlar mövcuddur. Prezident İlham Əliyev yeni idman qurğusunun futbol, basketbol, tennis meydançalarına baxıb.

Burada yaradılan şərait müxtəlif yerli və beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir. Kompleksin ərazisi başdan-başa yaşıllaşdırılıb, burada minə yaxın müxtəlif növ ağac əkilib. Dövlət başçısına Lənkəran və Tərtər Olimpiya-İdman komplekslərinin eskiz layihələri təqdim olunub. Sonra Prezident İlham Əliyev Qobustan rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşüb.

Rayon sakini Babək Alıbabayev göstərdiyi yüksək diqqət və qayğıya görə qobustanlılar və idmançılar adından Azərbaycan Prezidentinə minnətdarlığını çatdırıb. Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR