“Azərbaycan və İsrail arasındakı əlaqələr Azərbaycanın müstəqilliyinin ilk illərində başlayıb və möhkəmlənir”.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bunu Qubada jurnalistlərin suallarını cavablandıran İsrailin ölkəmizdəki səfiri Dan Stav deyib.
O bildirib ki, Heydər Əliyevin hakimiyyəti zamanı və 2003-cü ildə İlham Əliyev hakimiyyətə gələndən sonra davam etdirilən siyasət nəticəsində münasibətlər möhkəmlənib və inkişaf edib.
“Ümid edirik ki, gələcəkdə də bu münasibətlər davam edəcək və daha da yaxşılaşacaq”, - deyə səfir əlavə edib.