Hindistanda 20-dən çox insan yer sürüşməsi nəticəsində ölüb

Hindistanda 20-dən çox insan yer sürüşməsi nəticəsində ölüb
# 16 avqust 2014 19:35 (UTC +04:00)

Bakı-APA. Hindistanın şimal bölgələrində son iki gündür davam edən leysan yağışlar səbəbindən baş vermiş yer sürüşmələri nəticəsində 24 nəfər ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, yer sürüşmələri Uttarakxand ştatında qeydə alınıb. İnsanların bir qismi gecə saatlarında evlərinin uçması nəticəsində ölüb, bir neçə nəfəri uçqun altından çıxararaq xilas etmək mümkün olub.

Sinoptiklər qeyri-sabit hava şəraitinin yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırıblar. Rəsmi qurumlar insanların evakuasiyası işinə hərbçiləri cəlb etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR