Vaqif Səmədoğlu İsraildən Bakıya dönüb

Vaqif Səmədoğlu İsraildən Bakıya dönüb
# 11 dekabr 2014 15:10 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında şairin həyat yoldaşı Nüşabə Vəkilova məlumat verib: “Dünən gəlmişik. Vaqif indi özünü orta hiss edir. Əsas odur, əvvəlki vəziyyətdən çıxıb. Bakıda müalicələri davam edəcək, həkim nəzarətində olacaq”.

N. Vəkilova əlavə edib ki, İsrailə yenidən qayıdacaqları hələlik məlum deyil: “Bu, Vaqifin səhhətindən asılıdır”.

Qeyd edək ki, V. Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir. O, noyabrın 26-da xüsusi təyyarə ilə İsrailə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR