Zərdab və Ucar rayonlarına təbii qazın verilişində fasilə yaranıb

Zərdab və Ucar rayonlarına təbii qazın verilişində fasilə yaranıb
# 29 yanvar 2013 11:36 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Zərdab rayonuna və Ucar rayonunun 2 kəndinə təbii qazın verilişində fasilə yaranıb. Yerli sakinlərin APA-nın aran bürosuna verdiyi məlumata görə, bu gün saat 12:00 radələrində Zərdab rayonunun bütün yaşayış məntəqələrinə, Ucar rayonunun isə Lək və Xalac kəndlərinə təbii qazın verilişi dayandırılıb.

Abonentlərin sözlərinə görə, qazın verilişində fasilələrin yaranması rayonlarda adi hal alıb. Belə ki, son 10 gündə artıq 3-cü dəfədir mavi yanacağın verilişində fasilələr yaranır.

Ucar rayon Qaz İstismar sahəsində APA-ya verilən məlumata görə, təbii qazın verilişində yaranmış fasilə Ucar-Zərdab əsas magistral qaz kəmərinin Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində yaranmış problemlə bağlıdır. Artıq həmin ərazidə təmir-bərpa işləri aparılır. Mavi yanacağın verilişində tez-tez fasilələrin yaranmasında səbəb isə əsas magistral xəttin təxminən 43 il bundan əvvəl istismara verilməsi olub. Köhnəlmiş və yararsız vəziyyətə düşmüş əsas magistral xətlərdə tez-tez sızmalar baş verir və yüksək təzyiq altında təmir işləri aparmaq mümkün olmadığından, təbii qazın verilişi dayandırılır. Bu da öz növbəsində abonentlər arasında narazılığına səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR